2-ci 5, 66 gün, Reynaldodan unikal göstərici

`Qarabağ`ımız premyerliqanın XXII turunda `Simurq`u qəbul etdi. Qış fasiləsindən sonra uğurlu qrafik cızan Zaqatala təmsilçisi komandamıza cari ildə ilk xal itkisini yaşatmaq niyyətində idi. Komandamızın `Simurq`la qarşılaşmalarının hər zaman çətin keçdiyini nəzərə alsaq bu oyunda istənilən açıq olduğunu görmüş olardıq. İlk dövrədə mərkəzi Arenada baş tutan qarşılaşmada Vüqar Nadirovun qolu yeganə olmuş, Zaqataladakı qarşılaşmada isə komandamız meydandan 3:2-lik qələbə ilə ayrılmışdı.

Ötən tur AZAL-la baş tutan oyunla  müqayisədə komandamızın heyətində cəmi 1 dəyişiklik vardı. Sağ cinah vinger mövqeyində Vüqar Nadirovu Namiq Ələsgərov əvəzləmişdi.

Oyun haqqında bunu deyək ki, gərgin qarşılaşmadan komandamız 1:0-lıq qələbə ilə ayrıldı. Reynaldo Namiqdən ötürməni geri alıb şıq zərbəylə komandamıza qələbə qazandıran qolu vurdu.

Bu oyun və qələbə ilə bağlı bir sıra maraqlı məqamlar oldu ki, onu da diqqətinizə çatdırmaq istərdik.

***

Komandamız `Simurq` üzərində  cari birinclikdə keçirilmiş  3 oyunda qələbə qazanmaqla ən uğurlu seriyasını qurdu. Amma qeyd edək ki, AZAL-la da keçirilmiş hər 3 görüşdə komandamız meydandan 3 xalla ayrıla bilib.  

***

Komandamız bu qələbə ilə çempionatda 13-cü qələbəsini qazanmaqla, ardıcıl 5-ci oyunda da xal itirmədi. Başqa sözlə komandamız 5 oyunluq qələbə seriyasına malikdi.

***

Komandamız sonuncu dəfə Dekabrın  14-ündə, 16-cı turda `Qəbələ`ylə oyunda xal itirib. Belə də Komandamız 66 gündür məğlubiyyətin nə olduğunu bilmir. Komandamız bu dönəmdə `Xəzər-Lənkəran` 3:2, `Sumqayıt` 2:0, `Bakı` 4:1, AZAL 1:0, `Simurq` 1:0-u  məğlub edib.

***

Komandamız cari 1-cilikdə 2-ci dəfə 5 qələbəlik seriya `tutdu`. Daha öncə 5-9 turlar arasında AZAL 3:0, Simurq 1:0, `Neftçi` 3:1, `Qəbələ` 2:0, Xəzər-Lənkəran` 3:2 məğlub edilmişdi.

***

`Simurq`la oyunda yeganə qola imza atan Reynaldo unikal göstəriciyə imza atıb. Belə ki, ötən mövsümün bombardiri premyerliqadakı bütün klublara qol vursa da (ötən mövsüm premyerliqada olan `Rəvan`da da daxil olmaqla) sadəcə, `Simurq`u məyus edə bilməmişdi. Braziliyalı forvard sonuncu qarşılaşmada fərqlənməklə  `Simurq` sindromuna son qoydu.  

Qeyd: Araşdırma `Qarabağ` FK mətbuat xidmətinə məxsusdu

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right