"Qəbələ" U-19 komandasına qalib gəldi

“Qəbələ” bu gün yoxlama oyunu keçirib.

Roman Qriqorçukun komandası klubun U-19 komandasını sınağa çəkib.

Matç əsas komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Ruslan Fominin het-trik etdiyi oyunda  digər hücumçu – baxışda olan Sebai də fərqlənib.

“Qəbələ"nin əsas komandası bu qarşılaşmaya aşağıdakı heyətlə çıxıb: Dmitri Bezotosnı, Rikardinyo, Sadiq Quliyev, Pavol Farkaş, Ürfan Abbasov, Tellur Mütəllimov, Aleksandru Benqa, Qismət Alıyev, Ruslan Tağızadə, Ruslan Fomin, Sebai Senin.

Qeyd edək ki, "Qəbələ” Premyer Liqanın növbəti oyununu fevralın 19-da öz meydanında “Xəzər Lənkəran”a qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right