Bu gün Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin Antalyada baş tutacaq təlim-məşq toplanışı üçün heyətə dəvət etdiyi futbolçuların adlarını açıqlayıb. Maraqlı məqam ondadır ki, siyahıda klubsuz olaraq göstərilən Anton Krivotçuk adlı futbolçu da var. 17 yaşlı futbolçunun indiyədək harada oynaması və əsas milliyə gəlməsinin səbəbin aydınlaşdırmaq üçün
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğluyla danışıdıq:
- Mikayıl müəllim, bu Anton Krivotçuk hardan çıxdı? 17 yaşlı klubsuz futbolçu barədə sizdə hansı məlumatlar var?
- Anton Krivotçuk bu ilin yanvar – yəni ötən ay U-17-nin Antalya toplanışına dəvət olunub. Prosineçkidə onun Antalyada iki oyunun izləyib və bəyənib. Və qərara gəlib ki, seleksiya xarakterli toplanışda onu yoxlasın.
- Anton Krivotçukun son klubu hansı olub?
- Dəqiq adın bilmirəm, amma Ukrayna klubunda oynayıb. Bu futbolçunu da milli komandaya U-17-nin baş məşqçisi Mirbağır İsayev gətirib.
- Amma siz Anton Krivotçuku tanımırsız?
- Bu barədə onu deyə bilərəm ki, Antonun ailəsi AFFA-ya müraciət edib ki, Bakıda yaşasınlar. Onun Azərbaycan millisində oynaması üçün Ukrayna Futbol Federasiyasının icazəsi lazımdı, o da alınıb.
- Anton Krivotçuk elə dəyərli və səviyyəli futbolçudur ki, klubsuz olduğu halda 17 yaşında əsas milliyə dəvət alır?
- Mən onun oyununu görməmişəm. Görmədiyim futbolçu haqda da nə deyə bilərəm axı? Sadəcə olaraq bu seçim baş məşqçinin ixtiyarındadır, o da belə qərar verib.
- İndi mətbuat yazır ki, Robert Prosineçki də sələfi Berti Foqtsun yoluyla gedir – klubsuz futbolçuları milliyə dəvət edir...
- Bu seçim baş məşqçinin ixtiyarındadır. Özün görəndə, bunu elə Prosineçkidən soruşsaz yaxşı olar.(Stadium.Az)