Sabiq "Sumqayıt"lı Region Liqasına yollandı

Region Liqasında çıxış edən "FC Baku" növbəti transferini həyata keçirib.

Newsport.az-ın məlumatına görə, paytaxt klubu Şahin Əliyevi rənglərinə bağlayıb. 

"Sumqayıt"ın heyətində Premyer Liqa həyacanı yaşamış 24 yaşlı hücumçu ilə mövsümün sonuna kimi müqavilə bağlanılıb.

Şahin iki mövsüm əvvəl "Qarabağ"ın əvəzedicilərində ölkə çempionatının bombardiri olub. O, "Şüvəlan" və "Mil Muğan"da çıxış etməklə yanaşı, Türkiyə BAL Liqasında da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right