Araz Abdullayev əvəzedicilərə niyə göndərilib? Qurban Qurbanov açıqladı

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın yarımmüdafiəçisi Araz Abdullayevi əvəzedici komandaya göndərməsi barədə danışıb.

Newsport.az-ın məlumatına görə, "CBC Sport"a açıqlamasında 46 yaşlı mütəxəssis Arazın performasnından razı olmadığını deyib: "Qısaca deyəcəm. Arazın performansından razı deyildim. Son vaxtlar istədiyim hazırlığı yox idi. Buna görə də əvəzedicilərə göndərdim ki, həm oynasın və bir az orda olsun".

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi ötən gün I Divizionda "Şüvəlan"a qarşı "Qarabağ-2"nin heyətində oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right