Vüqar Nadirovun yeni klubunun adına aydınlıq gəldi

Azərbaycan millisinin sabiq üzvü Vüqar Nadirovun yeni klubunun adına aydınlıq gəlib.

Newsport.az xəbər verir ki, “FC Baku”dan ayrılan təcrübəli futbolçu karyerasını Region Liqasında davam etdirəcək. Təcrübəli futbolçu turnirin final mərhələsinə vəsiqə qazanan “Şahdağ” klubu ilə razılıq əldə edib. Hücumçu yaxın günlərdə Qusar təmsilçisi ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Vüqar Nadirovun yüksək liqadakı sonuncu klubu “Səbail” olub.  31 yaşlı futbolçu karyerası ərzində “Qarabağ”, “Xəzər Lənkəran”, “Masallı”, “Karvan”, “Qəbələ” və “İnter” (indiki “Keşlə”) kimi klublarda forma geyinib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right