Prosineçki millinin heyətini açıqladı

Fevralın 20-dən 26-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı, hazırlıq prosesi çərçivəsində fevralın 24-də, Ukraynanın “Şaxtyor” (Donetsk) klubu ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. 

Newsport.az-ın məlumatına görə, yığmamızın baş məşqçisi Robert Prosineçki təlim-məşq toplanışı üçün 22 futbolçuya dəvət göndərib. 

Qeyd edək ki, ötən ilin dekabr ayında millimizin baş məşqçi vəzifəsinə gətirilən xorvatiyalı mütəxəssis yığmamızın ilk heyətini məhz bu gün açıqlayıb.


Qapıçılar: Səlahət Ağayev ("İnter"), Andrey Popoviç ("Sumqayıt"), Emil Balayev ("Ayntraxt", Almaniya)
 
Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev (hər üçü "Qarabağ"), Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov (hər ikisi "İnter")

Yarımmüdafiəçilər: Qara Qarayev, Namik Ələsgərov (hər ikisi "Qarabağ"), Rəşad Sadiqov, Ruslan Abışov, Cavid Hüseynov, Elvin Camalov (hər dördü "Qəbələ"), Əfran İsmaylov, Coşqun Diniyev, Elvin Məmmədov ("İnter"), Rahid Əmirquliyev ("Xəzər Lənkəran")

Hücumçular: Vüqar Nadirov ("Qarabağ"), Ağabala Ramazanov ("Xəzər Lənkəran"), Orxan Əliyev, Məhəmməd Qurbanov (hər ikisi "Sumqayıt"), Rəşad Eyyubov ("Simurq"), Anton Krivotçuk (klubsuz)
 
Qeyd edək ki, fevralın 24-də Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış AZAL – “Neftçi” oyunu keçiriləcəyi üçün həmin komandaların üzvləri millinin toplanışına dəvət olunmayıb.(affa.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right