Kramarenkonun komandası üçüncü oldu

Moskvada ənənəvi olaraq keçirilən "Əfsanələr kuboku" turnirinə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin sabiq qapıçısı Dmitri Kramarenkonun çıxış etdiyi "futbol ulduzları" yığması turniri üçüncü pillədə başa vurub.

Kramarenkonun komandası üçüncü yer uğrunda görüşdə Hollandiyaya 7:4 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turnirin qalibi yenə Rusiya yığması olub. Veteran futbolçulardan ibarət Rusiya millisi finalda Portuqaliyanı 8:7 hesabı ilə məğlub edərək ardıcıl 7-ci dəfə turniri qalib başa vurublar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right