“Birinci hissədə yaxşı imkanlar əldə etdik, amma epizodlardan istifadə edə bilmədik. İkinci yarıda isə rəqib boşluq tapdı və bundan yararlandı".
Newsport.az-ın məlumtına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Elşad Əhmədov Premyer Liqanın 17-ci turunda bu gün “Səbail”ə uduzduqları (0:1) oyundan sonra mətbuat konfransında deyib.
E.Əhmədiv futbolçularının oyunundan narazı qaldığını bildirib: "Qol vəziyyəti yarada bilmədik. Heyətlə bağlı, konkret hücumçu problemimiz var. Hücumda Cavidi oynadırdıq, amma ona top çatmırdı.
Təmkin “Zirə” ilə matçda daha yaxşı oynamışdı. Çoşqun isə çalışır, amma hələ ki, həmin Coşqun deyil. Cavidi bu gün öz mövqeyində oynatmırdıq. Deviçin yoxluğu hiss olundu".
Baş məşqçi hücumçu transfer etmək istədiklərini qeyd edib: "Hazırda bir-iki hücumçu ilə danışıq gedir. Azad agent statusunda olan futbolçulardı, alınsa, transfer edəcəyik”.