Musa Qurbanlı poker etdi, millimiz darmadağınla qalib gəldi Yenilənib

İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət millimiz bu gün növbəti yoxlama oyununu keçirib. 

Newsport.az-ın məlumatına görə, millimiz İspaniyanın “Ranero” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş yığmamızın böyükhesablı qələbəsi ilə başa çatıb - 6:1.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı poker edib. Yığmamızın digər qollarını isə  İdris İnqilablı və Kamran Quliyev vurub.

Qeyd edək ki, Vüqar Məmmədin komandası ilk yoxlama görüşündə ispaniyalı həmyaşıdlarına 0:2 hesabı ilə məğlub olub.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right