UEFA nümayəndələrinin final üçün son səfəri

UEFA nümayəndələrinin Bakıya səfəri başlayıb. Newsport.az xəbər verir ki, səfər Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində gerçəkləşib.

Bu, UEFA nümayəndələrinin Bakıya sonuncu – 5-ci işgüzar səfəridi. Fevralın 15-dək davam edəcək səfər proqramında UEFA-nın 57 nəfərdən ibarət işçi heyəti stadion, mobillik, fan zona, mehmanxanalar, könüllülük, təhlükəsizlik, marketinq, media  və sair  məsələlərlə yerində tanış olacaq, fikir mübadiləsi aparılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right