Bu gün Topaz Premyer Liqasının XXII turunun görüşləri keçirilib.
Newsport.az-ın məlumatına görə, “Neftçi” komandası “Qəbələ” üzərində əzmkar qələbə qazanaraq xalını 33-ə çatdırıb. Matçdan sonra “Qəbələ” futbolçusu Viktor Mendi maraqlı açıqlamalar verib.
“Fikirləşirəm ki, biz matça hazır idik. Ancaq ikinci hissə yetəri qədər yaxşı çıxış etmədik. İkinci dövrədə niyə pis oynadığımızı bilmirəm. Məncə futbolçularımız arasında əlaqə problemi var. Növbəti oyunda bunu düzəltməyə çalışacağıq.”
Futbolçu aldığı sarı vərəqə haqqında da danışıb.
“Bu futboldur. Bəzən hakimə təyziq göstərmək üçün simulasiyalar olur. Penalti yox idi, qapıçı mənə toxunmamışdı. Hakim doğru qərar verdi. Sadəcə şansımı yoxladım.”