Arif Əsədov: "Xarakter nümayiş etdirən “Neftçi” qələbə qazandı".

"Neftçi"nin baş məşqçisi Arif Əsədov Azərbaycan Premyer Liqasının 22-ci turunda "Qəbələ" ilə matçdan (3:1) sonra fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə,  o, qalib gəldikləri qarşılaşma haqda bunları deyib:

“Bilirdik ki, “Qəbələ” iki oyundur məğlub olur. Rəqibin bu matça son şans kimi baxdığını düşünürdüm. “Qəbələ” oyuna çox yaxşı başladı. Amma sonradan komandam oyunu düzgün qiymətləndirdi. Xarakter nümayiş etdirən “Neftçi” qələbə qazandı".

A.Əsədov bildirib ki,  bu gün “Neftçi” yaxşı oyunlarından birini oynayıb:

"Qarşıda daha yaxşı oyunlarımız olacaq. Topa nəzarət matçın dönüş nöqtələrindən oldu. Rəqibin səhvlərindən yaxşı yararlandıq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right