"Çətin qələbə qazandıq. Hava şəraiti çox pis idi. Buna görə də oyun ağır keçdi. 0:1 hesabı ilə geridə olduğumuz matçda qalib gəldiyimiz üçün çox sevinirik".
Bu sözləri Newsport.az-a "Neftçi"nin qapıçısı Aqil Məmmədov Azərbaycan Premyer Liqasının 22-ci turunda "Qəbələ"yə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
O, artıq uğursuzluq zolağından çıxdıqlarını söyləyib:
"Fasilədən sonra oyunlar həmişə çətin olur. Artıq uğursuzluq zolağından çıxdığımızı düşünürəm".
A.Məmmədov matç zamanı rəqib komandanın futbolçusu Viktor Mendi ilə yaşadığı mübahisə haqda da danışıb:
"Mendiyə dəyməmişdim. Ona özünü yerə atdığını və heç bir qayda pozuntusunun olmadığını söylədim. Mendi topla qapıya tərəf getsəydi, qol da vura bilərdi".