"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 22-ci turunda "Simurq"a 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
Newsport.az-ın məlumatına görə, o, "Simurq"a qarşı oynamağın çətin olduğunu deyib:
"Simurq" yaxşı komandadır. Qış fasiləsindən sonra onlar yaxşı təsir bağışlayır. Bu komandaya qarşı oynamaq çox çətindir. Bu gün dediklərimin canlı şahidi olduq. Çox çalışdıq. Qalib gəldiyimiz üçün şadam. Azərkeşləri təbrik edirəm".