Roberto Bordindən yeni qərar: əvəzedici heyətə göndərildi

“Neftçi” klubunun baş məşqçisi Roberto Bordin Azərbaycanın gənclərdən ibarət milli komandasının üzvü Anton Krivotsyukla bağlı yeni qərar qəbul edib.

Newsport.az saytının məlumatına görə, “Qarabağ”la oyunda ikinci sarı vərəqə alaraq, meydançadan qovulan futbolçu əvəzedici heyətə göndərilib.  İntizam Komitəsi tərəfindən də cəzalandırılan və növbəti turu buraxacaq olan Anton bu gün “Sabah”a qarşı matça Mahmud Qurbanovun sərəncamında olacaq. Bizdə olan məlumata görə, “Neftçi”nin italiyalı baş məşqçisi Roberto Bordin oyun praktikası baxımından geri düşməmək üçün Antonu ikinci komandaya göndərib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right