AFFA-ya "yox" deyən məşqçi Kolumbiya millisində

Bir müddət öncə İran millisindən ayrılan Karluş Keyroşun yeni iş yeri məlum olub.

Newsport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Kolumbiya yığmasına baş məşqçi təyin olunub. Məlumatı yerli federasiyanın rəsmi saytı yayıb. 66 yaşlı çalışdırıcı ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, son vaxtlar Keyroşun adı milli komandamızla da birgə hallanırdı. AFFA-nın baş katibi Elxan Məmmədov mətbuata müsahibəsində onunla danışıq aparıldığını, ancaq razılıq əldə olunmadığını bildirmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right