"Futbolçularım paltardəyişmə otağında ağlayırlar" – İbrahim Uzunca

“Çətinliklərimiz var. Erkən buraxdığımız qollar bizi çox çətin vəziyyətə salır. Sadəcə, qol epizodlarında səhvlərimiz var".

Newsport.az-ın məlumatına görə,  bu sözləri "Bakı"nın baş məşqçisi İbrahim Uzunca Azərbaycan Premyer Liqasının 22-ci turunda "İnter"ə 0:4 hesabı ilə uduzduqları matçdan sonra deyib.

" Gənc oyunçuların yetişməsində bizə hər kəs köməklik etsin. Mən demirəm ki, bizim komandaya yardım etsinlər. Sadəcə, penalti epizodunda bir qədər diqqətli olsunlar. Düşünürəm ki, “İnter”in bizi məğlub etməsi üçün penaltiyə ehtiyacı yoxdur".

O, ardıcıl məğlubiyyətlərin futbolçulara pis təsir etdiyini söyləyib:

"Biz əziyyət çəkirik. Ardıcıl məğlubiyyətlər futbolçularıma pis təsir edir. Onlar paltardəyişmə otağında ağlayırlar”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right