Newsport.az-ın məlumatına görə, Konqo əsilli futbolçu hekayə bölümündə "Neftçi"nin"Qarabağ"la 1:1 hesablı heç-heçə etdiyi oyundan sonra sabiq baş məşqçisi Roberto Bordini təbrik edib və bu sözləri qeyd edib: "Sehrbaz, davam et".
"Şerif"in Antalya toplanışında olmayan belçikalı futbolçunun "Neftçi"yə keçidinin baş tutmadığı barədə xəbərlər yayılsa da, Badibanqanın bu addımından sonra transfer söz-söhbətləri yenidən gündəm yaradıb.
Futbolçu bir neçə gün əvvəl də "Neftçi"ylə bağlı hekayə bölümündə paylaşım etmişdi.
Qeyd edək ki, 27 yaşlı futbolçunun "Şerif"lə müqaviləsi 2019-cu ilin yayında başa çatır. Vinger Tiraspol klubunda Roberto Bordinin rəhbərliyi altında çıxış edib.
