Premyer Liqanın 15-ci turunda bu gün keçiriləcək "Qəbələ" - "Sumqayıt" və "Qarabağ" - "Neftçi" oyunları canlı yayımlanacaq.
Newsport.az-ın məlumatına görə, hər iki qarşılaşma "CBC Sport" telekanalının efirində olacaq.
Qeyd edək ki, Qəbələ şəhər stadionundakı oyun saat 14:00-da, Tofiq Bəhramov adına Respublika stadionundakı görüş isə 18:30-da başlayacaq.