"Neftçi"dən ayrıldı, Yunanıstan klubuna köçdü

"Neftçi"nin qış transfer dönəmində yollarını ayırdığı Slavko Braliçin yeni komandası müəyyənləşib. Newsport.az-ın Yunanıstan mətbuatına istinadən məlumatına görə, 26 yaşlı mərkəz müdafiəçisi bu ölkəyə köçüb.

Xorvatiyalı futbolçu AEL klubu ilə anlaşıb. Yunanlar da Braliçi heyətə cəlb etdiklərini təsdiqləyiblər. O, yeni komandası ilə 2,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Neftçi"yə mövsümün əvvəlində gələn Slavko Braliçin müqaviləsinə 6 aylıq macəranın ardından xitam verilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right