Boyan Krkiç Türkiyə klubu ilə anlaşdı

"Stok Siti"nin hücumçusu Boyan Krkiç karyerasını Türkiyədə davam etdirəcək.

 

Newsport.az "milliyet"ə istinadən xəbər verir ki, qış transfer dönəminin bitməsinə saatlar qalmış "Sivasspor" ispaniyalı futbolçunun keçidini müsbət yekunlaşdırıb. 28 yaşlı futbolçu bu gün Türkiyəyə gələcək və 1,5 illik müqavilə imzalayacaq.

 

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Krkiç "Roma", "Milan", "Ayaks", "Maynts" və "Alaves" klublarında da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right