"Zirə"nin son matçının yeri və saatı bilindi

"Zirə" Türkiyə toplanışını başa vurmağa hazırlaşır. Newsport.az saytının məlumatına görə, bakılılar sabah son yoxlama görüşünü keçirəcək.

Samir Abasov yetirmələrini "Tambov"la qarşılaşmada sınayacaq. Ruslarla "Papillon" otelin meydançasında keçiriləcək oyun Bakı vaxtı ilə 18:00-da start götürəcək.

Qeyd edək ki, "Zirə" Antalya toplanışı çərçivəsində Rumıniya "Voluntari"sinə 1:0 hesabı ilə qalib gəlib, Macarıstan təmsilçisi "Paksi" ilə bərabərə (1:1) qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right