"Əlbəttə, nəticə həmişə önəmlidi”. Newsport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin “Slovan”la yoxlama oyunundan sonra deyib.
İtaliyalı mütəxəssis yetirmələrinin 1:2 hesabı ilə uduzduğu qarşılaşma barədə fikirlərini açıqlayıb: “Amma belə oyunlarda komandanın meydandakı hərəkətini, futbolçuların qarşılıqlı anlaşmasını, xətlər və mövqelərarası anlaşmanı görmək daha vacibdir. Yeni futbolçularımızı da izləmək xoş idi. Məsələn, düşərgəyə yeni qoşulmuş Vanqelis Platellas oyuna hücumameylli yarımmüdafiəçi kimi başlasa da, sonradan sağ cinaha çəkildi. Çatışmazlıqları aradan qaldırmaq üçün vaxtımız var. Bunun üzərində işləyəcəyik”.
Qeyd edək ki, “Neftçi” keçirdiyi ilk yoxlama görüşündə Rumıniya "Qaz-Metan"ı ilə qarşılaşıb və qalib gəlib - 3:0.