"Neftçi" yunanıstanlı futbolçu ilə müqavilə bağladı

"Neftçi" heyətinə yeni futbolçu cəlb edib.

Newsport.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, yunanıstanlı futbolçu Vanqelis Platellas ilə 1,5 illik müqavilə bağlanıb. 30 yaşlı yarımmüdafiəçi yeni komandasında 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, sonuncu klubu OFİ (2018) olan Platellas Yunanıstanın “Kaliteya” (2005-2011), “Ksanti” (2011-2013), AEK (2013-2016), “Atromitos” (2016-2017), “Aris” (2017-2018) komandalarında da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right