"Heyətimizdə yeni futbolçular da olacaq":Samir Abasov

“Hava şəraiti bütün hazırlıq proqramımızı, planlarımızı pozdu. Açığı, Antayaya gələndən ilk gündü normal havada çalışdıq. Bu gün komandamın bəlkə də ağır olmağı bu səbəblərdəndir. Buna baxanda ilk oyunda həddən artıq yaxşı təsir bağışladıq. Ancaq bu gün futbolçularımızın ağır olmağını başa düşürəm. Yağışlı hava, palçıqlı meydança öz təsirini göstərirdi. Bunlar bir az artıq yüklənməyimizə səbəb oldu. Ancaq inanıram ki, getdikcə daha gümrah olarıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov Antalyada təlim-məşq toplanışıçərçivəsində "Paksi"yə (Macarıstan) 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra klubun saytına deyib.

O, heyətdə yeni futbolçular da olacağını bildirib: "Təəssüf ki, ilkin olaraq anlaşdığımız futbolçular buradakı toplanışımza qoşula bilməyəcəklər. Bütün məsələlər müsbət yekunlaşacağı təqdirdə onlar Bakıda komandamıza qoşulacaqlar”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right