Newsport.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi İranın "Traktor Sazi" klubunun yetirməsi Keşvarsı sınaqdan keçirəcək. O, bu gün "Sumqayıt"ın "Vardar"la yoxlama matçında meydana çıxacaq.
Peyman 2010-14-cü illərdə Təbriz klubunda çıxış etdikdən sonra Əhvazın "İstiqlal" klubuna keçib. 22 yaşlı stopper "Maşın Sazi"də də çıxış edib. O, son olaraq, Omanın "Yasan Əl Vaste" klubunda top qovub.
Azərbaycanlı futbolçunun performansı məşqçilər korpusunu razı salsa, müqavilə imzalanacaq.