Hakimi təhqir edən "Qəbələ"nin futbolçusuna cəza

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Newsport.az xəbər verir ki. qurum aşağı yaş qruplarından ibarət liqalarla bağlı qərarlar verib:

25 dekabr 2018-ci il, U-16 Liqasının “Viləş” (Masallı) – “Keşlə” matçının 27-ci dəqiqəsində “Viləş” klubunun 4 №-li futbolçusu Ramiz Qasımov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

25 dekabr 2018-ci il, U-16 Liqasının “İsgəndər Cavadov BFA” – “Qarabağ” matçının 79-cu dəqiqəsində “Qarabağ” klubunun 9 №-li futbolçusu Fidayə Əzizov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

25 dekabr 2018-ci il, Kapital Bank U-14 Liqasının “Qəbələ” – “Səbail” matçının 57-ci dəqiqəsində “Qəbələ” klubunun 5 №-li futbolçusu Murad Musayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. Oyunun 59-cu dəqiqəsində “Qəbələ” klubunun 10 №-li futbolçusu Elmir Hüseynli  hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.

22 dekabr 2018-ci il, U-12 Liqasının “Həkəri” FK (Qubadlı) – İOEUGİM (Sumqayıt) matçının 47-ci dəqiqəsində İOEUGİM klubunun 4 №-li futbolçusu İbrahim Hacıyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.

22 dekabr 2018-ci il, U-13 Qızlar Liqasının “Dinamo” (Balakən) – UGİM (Şəki) matçında UGİM (Şəki) komandasının heyətində yetərsay olmadığına görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

22 dekabr 2018-ci il, U-13 Qızlar Liqasının “Qubek” (Balakən) – “Zaqatala” matçında “Zaqatala” komandasının heyətində yetərsay olmadığına görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

19 dekabr 2018-ci il, Yüksək Qızlar Liqasının “Fidan” (Bakı) – “Zaqatala” matçının 70-ci dəqiqəsində “Zaqatala” klubunun 6 №-li futbolçusu Hicran Əhmədova aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right