"Qəbələ"də məşqçi dəyişikliyi

“Qəbələ”nin U-19 komandasında baş məşqçi dəyişikliyi gerçəkləşib. 

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Famil Xəlilov  “qırmızı-qaralar”ın baş məşqçisi təyin olunub. 

2017-2018-ci illər mövsümündə bu komanda ilə Azərbaycan çempionu olan mütəxəssis ötən ilin avqustunda U-19-dan ayrılmışdı. Buna səbəb Xəlilovun 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçi təyin olunması idi.

Beş aydan sonra “Qəbələ”yə qayıdan mütəxəssis U-19-da Emin İmaməliyevi əvəzləyib. İmaməliyev müxtəlif komandalarını çalışdırdığı futbol akademiyamızdan ayrılıb. İmaməliyev karyerasını 2001-2002-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan milli komandasında məşqçi kimi davam etdirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right