Qurban Qurbanov 1 pillə gerilədi

Məşqçilərin dünya reytinqi açıqlanıb. Newsport.az xəbər verir ki, hər həftə dərc edilən siyahıda Azərbaycan bir mütəxəssislə təmsil olunub.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov cədvəldə 496-cı pillədədi. 47 yaşlı mütəxəssisin hesabında 1073 xal var.

Qurbanov son bir həftədə 1 pillə geriləyib. O, ötən həftə siyahının 495-cisi idi.

Qeyd edək ki, siyahıya “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. Onun hesabında 15001 xal var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right