“Keşlə”nin rəqibindən narazılıq: Qolumuzu saymadılar

Antalyada təlim-məşq toplanışında olan “Keşlə”nin ikinci yoxlama oyunundakı rəqibi Serbiya “Dinamo”su qarşılaşmadan narazı qalıb. Newsport.az xəbər verir ki, 2:0 hesabı ilə qalib gələn Vranye təmsilçisi qarşılaşma ilə bağlı açıqlama yayıb.

Burada serbiyalıların oyundan razılığı hiss olunur. Amma “Dinamo” hesabdan narazı qalıb: “Əla oyun oldu. Komandamız Antalya toplanışındakı ilk görüşdə gözəl qələbə qazandı. Amma hesab daha böyük olmalı idi. Lakin ən yaxşı bombardirimiz Jelko Dimitrovun müəllifi olduğu təmiz qolumuzu saymadılar”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right