"Qarabağ"dan İslandiya çempionuna gedir: "Azərbaycan klubunun onu buraxması üçün xeyli iş görməyimiz lazımdı"

"Qarabağ"dan ayrılacağı gözlənilən islandiyalı qapıçı Hannes Halldorsson karyerasını yenidən öz ölkəsində davam etdirə bilər.

Newsport.az xəbər verir ki, İslandiya mətbuatında son çempionu "Valur" klubu ilə bir müddətdir danışıq aparan 34 yaşlı qolkiperin son anlaşdığı bildirilir.

Hətta təcrübəli qolkiper artıq İslandiya klubunun təklifini qəbul etdiyi bildirilir. Xəbərdə Halldorrsonun "Reykyavik" komandasından da dəvət aldığı, ancaq daha yaxşı şərtlər irəli sürən "Valur"u seçdiyi qeyd olunub.

Hannesin meneceri Olafur Qarrdarsson müştərisinin yerli və əcnəbi klublardan təklif aldığını tədiqləsə də, rəsmi müqavilə imzalanmadığını söyləyib: "Halldorsson bir müddətdir "Valur"la danışıq aparır. və məsələsi yaxın günlərdə öz həllini tapa bilər. Hannesə İsveç, Norveç, İsveç və digər ölkələrdən də maraq var. Amma onun "Qarabağ"la hələ ilyarımlıq müqaviləsi var. Azərbaycan klubunun Halldorssonu buraxması üçün xeyli iş görmək lazımdı. İslandiya klublarından daha çox "Reykyavik" və "Valur" Hannesi heyətinə qatmaq istəyir. Amma hələlik heç bir müqavilə imzalanmayıb".
 

Qeyd edək ki, Halldorsson "Qarabağ"a ötən Danimarkanın "Randers" klubundan keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right