Newsport.az xəbər verir ki, 26 yaşlı hücumçunun xidmətində adının çəkilməsini istəməyən klubumuz maraqlıdır. Futbolçunun təmsilçimizlə yaxın günlərdə müqavilə imzalayacağı gözlənilir.
Məlumatı futbolçunun meneceri Pol Miçel təsdiqləyib: "Nqalande Azərbaycan klublarından biri ilə anlaşmaq üzrədir. Bir neçə xırda detallar həllini tapdıqdan sonra müqavilə imzalayacağıq".
Qeyd edək ki, Nqalande son olaraq CAR-ın "Baroko" klubunda çıxış edib və 6 aydır işsizdir. Robin Madrid "Atletiko"susunun C komandasında, həmçinin "Ayaks Kayp Taun" və "Platinium Starz"da da forma geyinib.