"Ümumən maraqlı oyun alındı, hər iki komanda sakit və yaxşı oyun göstərdi".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun saytına açıqlamasında deyib. Bu gün "Qarabağ" qış təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama matçında Çexiyanın "Bohemians" klubunu 3:1 hesabıyla məğlub edib. Ağdamlıların təcrübəli çalışdırıcısı qarşılaşmaya belə şərh verib:
"Belə oyunlarda hesab bizim üçün önəmlidir, amma ondan önəmli olan bəzi detallar var idi ki, meydanda görmək istəyirdim və demək olar ki gördüm. Baxmayaraq ki, hesabda 0:1 geri düşsək də, komanda oyun nizam-intizamını qoruyub saxladı və matçı qələbəylə yekunlaşdırdı. İlk oyuna nisbətən bu qarşılaşma daha dinamik oldu və səhvlərimiz az oldu. Komandamdan razı qaldım".