"Fiziki hazırlıq üzərində işləməliyik" - Bordin

"Yaxşı və vacib sınaq oldu. Nəticədən başqa, futbolçuları izləmək, onların bir-biri ilə anlaşmalarını görmək vacib idi”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin Antalya toplanışı çərçivəsində Rumıniyanın “Qaz Metan” klubu ilə keçirilən yoxlama matçından (3:0) sonra klubun saytına açıqlamasında deyib.

İtaliyalı mütəxəssis qələbəyə baxmayaraq, problemlərin olduğunu bildirib: “Düzdür, fiziki hazırlıq və xətlərarası anlaşma üzərində işləməliyik. Amma bunun üçün kifayət qədər vaxtımız var. Önəmlisi odur ki, yoxlama oyunlarına yüksək əhval-ruhiyyə ilə başladıq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right