Mövsümün ikinci yarısının hazırlıqlarını Antalyada davam etdirən “Sumqayıt” bu gün ilk sınaq matçına çıxacaq.
Newsport.az xəbər verir ki, yxan Abbasovun komandası Qazaxıstanın “Jetısu” klubu ilə qüvvəsini sınayacaq.
Qeyd edək ki, “Sumqayıt” Antalyada daha 3 yoxlama oyunu keçirəcək. “Kimyaçılar” yanvarın 19-da Bosniya və Herseqovinanın "Çelik", 22-də Makedoniyanın "Vardar", 26-da isə Serbiyanın "Zemun" klubu ilə qarşılaşacaq.
15 yanvar
Hazırlıq oyunu
18:30. "Sumqayıt" - "Jetısu" (Qazaxıstan)