Portuqaliya Sequndasında 17-ci turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Renat Dadaşovun çıxış etdiyi "Eştoril" "Famalikao"nun qonağı olub. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0. Dadaşov görüşün 83-cü dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, "Eştoril" 30 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.