"Rəvan"da yeni ad

“Rəvan” daha bir futbolçunu heyətini qatıb. Paytaxt təmsilçisi Tural Nərimanovla müqavilə bağlayıb. Son klubu AZAL olan 25 yaşlı müdafiəçi 1,5 illik sözləşməyə imza atıb.

Qeyd edək ki, “Rəvan” qış fasiləsində qapıçı Tural Abbaszadə (Zirə), müdafiəçilər Elvin Əliyevlə (Bakı) Məhərrəm Hüseynov (Simurq) və yarımmüdafiəçilər Kamal Mirzəyevlə (Qəbələ) Eşqin Quliyevi (Araz Naxçıvan) komandaya cəlb edib. Yay fasiləsində "Sumqayıt”a icarəyə verilən Ceyhun Cavadov isə geri dönüb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right