"Qəbələ" turnirin qalibi oldu

Bu gün AFFA-nın təşkil etdiyi “Bakcell U-14 Elit Kuboku” turnirə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, 16 komandanın mübarizə apardığı turnirin son günündə həlledici qarşılaşmalar keçirilib. 

III yer uğrunda oyunda “Bakı” və “Neftçi” komandaları qarşılaşıb. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha 1 qol vuran “Bakı” turniri üçüncü pillədə başa vurub.

Final oyunu “İnter” və “Qəbələ” komandaları arasında keçirilib. Rəqibini 3:0 hesabı ilə məğlub edən “Qəbələ” “Bakcell U-14 Elit Kuboku” turnirinin qalibi adını qazanıb.

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, Bakcell şirkətinin nümayəndəsi Ayaz Əhmədov, Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov və “İnter” klubunun prezidenti Georgi Nikolov təqdim ediblər.

Yığmamızın xorvatiyalı çalışdırıcısının təqdim etdiyi “Bakcell U-14 Elit Kuboku”nu başı üzərinə qaldıran "Qəbələ"nin U-14 komandasının üzvləri fərdi mükafatlarla da təltif olunub. G.Nikolov turnirin ən yaxşı futbolçusu seçilən İdris İnqilablıya, F.Nəcəfov isə finalda dubl müəllifi olan Samir Qurbanova yarışın ən sərrast oyunçusu mükafatını təqdim edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right