Orxan Sadıqlının yeni klubu müəyyənləşdi

Orxan Sadıqlı “Zirə”yə keçir. Newsport.az xəbər verir ki, 26 yaşlı qolkiper hazırda tibbi müayinədən keçir.

Müayinədən uğurla keçəcəyi təqdirdə qapıçıyla mövsümün sonunadək müqavilə imzalanacaq.

Qeyd edək ki, cari mövsümün ilk yarısını “Sumqayıt”da keçirən Sadıqlı “Keşlə”yə məxsus idi. Lakin qış fasiləsində “Sumqayıt” da, “Keşlə” də Orxanın xidmətində maraqlı olmadılar.
 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right