Azərbaycan Premyer Liqasının 22-ci turunda keçiriləcək "Qarabağ" - "Simurq" matçının başlama saatı müəyyənləşib.
Newsport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 15-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 18:00-da başlayacaq.
Qeyd edək ki, "Qarabağ" "Simurq"la oyunun hazırlıqlarına bu gündən start verib.