Millimizin yoldaşlıq oyunu keçirəcəyi rəqibin adına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, Robert Prosineçkinin komandası Antalya toplanışı çərçivəsində Ukrayna "Şaxtyor"u ilə qarşılaşacaq.
Donetsk klubu ilə görüş fevralın 24-də baş tutacaq.
Millimiz fevralın 20-26-da Türkiyədə hazırlıq keçəcək.