"Simurq"da mətbuatla bağlı cəza sistemi - RƏSMİ

"Simurq"un futbolçu və baş məşqçisi yalnız klubun mətbuat katibi ilə razılaşdırıldıqdan sonra mətbuata açıqlama verə bilərlər. Mətbuat katibinin razılığından sonra mətbuata açıqlama verməyəni isə cəza gözləyir".

Newsport.az-ın məlumatına görə,bu sözləri "Simurq"un mətbuat katibi Rüstəm Allahverdiyev deyib.

Mətbuat katibi bildirib ki, bu məqam həm futbolçuların, həm də məşqçilərin müqavilələrində nəzərdə tutulub: "Hər birinin sözləşməsində vəzifələri, müqavilə müddətində nə cür davranmalı olduqları açıq şəkildə göstərilib. Müqavilədə onların media ilə münasibətləri necə qurmalı olduqları da qeyd edilib. Mətbuata açıqlamalar yalnız mətbuat katibinin nəzarətin altında verilməlidir. Əks halda, cərimə tətbiq edilir. Eyni zamanda, mətbuat katibinin razılıq verdiyi təqdirdə futbolçu və ya məşqçi mediaya açıqlama verməkdən boyun qaçırarsa, cərimə olunur".(Korner.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right