Elvin Yunuszadənin yeni klubu müəyyənləşdi

Azərbaycan milli komandasının üzvü Elvin Yunuszadənin yeni klubunun adına aydınlıq gəlib.  

Newsport.az-ın məlumatına görə, "Sabah" klubundan ayrılan futbolçu karyerasını "Səbail"də davam etdirəcək. 26 yaşlı futbolçu paytaxt təmsilçisi ilə 1,5 illik sözləşmə imzalayacaq. 

Qeyd edək ki, "Sabah" cari mövsümün gedişində heyətinə cəlb etdiyi və cəmi 2 oyunda xidmətindən yararlandığı Elvin Yunuszadəni transferə çıxarıb.  

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right