Millimiz üçün daha bir namizəd

Azərbaycan milli komandasının baş məşqçi postuna daha bir namizədin adı açıqlanıb. Newsport.az xəbər verir ki, bu ukraynalı mütəxəssis Slavolyub Muslindir.

Bu iddia ilə Ukrayna mətbuatı çıxış edib. Bildilir ki, hazırda Səudiyyə Ərəbistanında “Əl Feyh” klubunu çalışdıran mütəxəssis ordan ayrılıb Azərbaycan yığmasının “sükan arxası”na keçə bilər.

Qeyd edək ki, Muslin Fransanın “Bordo”, “Lans”, Mərakeşin “Raja”, Serbiyanın “Red Star”,  Bolqarıstanın “Levski”, Belçikanın “Standart”, Rusiyanın “Lokomotiv” (Moskva), “Krasnodar”, “Amkar”,  Belarusun “Dinamo” (Minsk), Kiprin “Anortosis” və Ukraynanın “Metallurq” (Donetsk) klublarını çalışdırıb.

 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right