12 fevral, 2003 (VİDEO)

Bu gün Azərbaycan milli komandasının Serbiya və Çernoqoriya yığması ilə 2:2 yekunlaşan səfər qarşılaşmasından 12 il ötür. 

Newsport.az-ın xəbərinə görə, həmin matçda bir xal qazanılmasına baxmayaraq, 2003-cü ilin fevralın 12-i bu oyunla futbol tariximizə əlamətdar gün kimi daxil olub. 

Qeyd edək ki, “Avro-2004”ün seçmə mərhələsi çərçivəsində Podqoritsa şəhərində keçirilən bu oyunda meydan sahibləri iki top fərqi ilə irəlidə olsalar da, ikinci hissədə hazırda “Qarabağ”ın baş məşqçisi, o zaman isə millimizin hücumçusu olan Qurban Qurbanovun qolları sayəsində oyun 2:2 hesabı ilə yekunlaşmışdı. 
Bu oyunda Azərbaycan millisinin baş məşqçisi Əsgər Abdullayev olub. 

Xatırladaq ki, millimiz qrupun favoriti olan serblərə növbəti – Bakıdakı qarılaşmada (11.06.2003) isə 2:1 hesabı ilə qalib gəlmişdi. 

 

Qol.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right