FİFA-nın reytinqində 5 addım irəli

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisi ötən ayla müqayisədə beş pillə irəliləyib.

Ötən ay heç bir oyun keçirməyən və aktivində 215 xalı olan komandamız 136-cı yerdən 131-ci pilləyə yüksəlib.

"Avro-2016"dakı rəqiblərimizə gəlincə ən yaxşı göstərici yenə də İtaliya millisinə məxsusdur. İtaliya millisi ötən ayla müqayisədə bir pillə geriləyərək 12-ci olub.

Digər rəqiblərimizdən Xorvatiya yığması 19-cu pillədəki mövqeyini qoruyub. Norveç (-2) 69-cu, Bolqarıstan (-4) 70-ci və Malta isə (-2) 149-cu pillədə qərarlaşıb.

Siyahıya "DÇ-2014"ün qalibi Almaniya millisi başçılıq edir. Mundialın gümüş mükafatçısı Argentina yığması ikinci, Kolumbiya isə üçüncü olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right