Kramarenko dünya ulduzları ilə bir arada

Fevralın 14-də Moskvada ənənəvi Əfsanələr Kubokuna start veriləcək.

Newsport.az-ın məlumatına görə, bu turnirdə "Futbol ulduzları" komandasının heyətində Azərbaycan yığmasının sabiq qapıçısı Dmitri Kramarenko da yer alacaq.

Bu barədə Rusiya yığmasının sabiq hücumçusu Eqor Titov məlumat verib. O, Kramarenko ilə yanaşı, komandada dünya futbolunun canlı əfsanələrinin də yer alacağını bildirib: "Futbol ulduzları" komandasında rusiyalı Niqmatullin, Bulıkin, braziliyalı Aldair, Serjinyo, italiyalı Marko Delvekkio, finlandiyalı Yari Litmanen, fransalı İbrahim Ba, azərbaycanlı qapıçı Dima Kramarenko yer alacaq".

Püşkə əsasən "Futbol ulduzlar"ı Portuqaliya və İtaliya komandaları ilə bir qrupa düşüb. Digər qrupda isə Rusiya, Almaniya və Hollandiya mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right