Newsport.az-ın məlumatına görə, "gənclik şəhəri" təmsilçisi ötən gün 2019-cu ildə ilk məşqinə çıxıb. "Dalğa Arena"nın köməkçi meydançasında baş tutan məşq prosesi təxminən 1 saat davam edib.
"Kimyaçılar" ölkə daxilindəki hazırlıqlar çərçivəsində yoxlama oyununda qüvvəsini sınayacaq. Ayxan Abbasovun komandası yanvarın 11-də "Dalğa Arena"da birinci divizion təmsilçisi "Şüvəlan"la qarşılaşacaq.
Qeyd edək ki, növbəti dövrəyə hazırlığın 1-ci mərhələsi yanvarın 11-dək davam edəcək. 2 günlük istirahətin ardınca isə "Sumqayıt" Türkiyənin Antalya şəhərinə yola düşəcək.