"Keşlə"nin məşqçilər heyətinə yeni təyinat olub.
Newsport.az-ın məlumatına görə, futbolçu karyerasını başa vurmuş Rəşad Sadiqov paytaxt təmsilçisiylə müqavilə imzalayıb. 36 yaşlı mütəxəssis komandanın məşqçilər korpusunda yer alacaq.
Qeyd edək ki, Rəşad Sadiqov "Qarabağ", "Qəbələ","Xəzər Lənkəran" və "Neftçi" kimi klublarda çıxış edib.